Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İşğaldan azad edilmiş torpaqlarda artıq sürətlə quruculuq işlərinə başlanılmışdır

0

  •  

    2020-ci ilin 27
    sentyabrında başlayıb 10 noyabrında Azərbaycanın möhtəşəm qələbəsi ilə başa
    çatan Vətən müharibəsindən qısa zaman keçməsinə baxmayaraq işğaldan azad
    edilmiş torpaqlarda artıq sürətlə quruculuq işlərinə başlanılmışdır. Məlumdur ki, mənfur düşmən işğal nəticəsində
    bütün yaşayış məntəqələrini, infrastrukturu bütövlükdə vəhşicəsinə dağıdaraq,
    talan edərək yerlə yeksan etmişdir. Əlavə olaraq torpaqların böyük əksəriyyətinin
    düşmən tərəfindən minalanması, minalanmış ərazilərin xəritəsinin təqdim edilməməsi
    bir çox problemlər yaratmaqdadır. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan
    Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev siyasi iradə
    nümayiş etdirərək Vətən müharibəsində dəmir yumruqla qısa zaman kəsiyində
    murdar düşmənin başını əzdiyi kimi, elə qısa zamanda da xalqımızın dəstəyi ilə
    dağıdılmış əraziləri bərpa etməyi qarşısına prioritet məsələ kimi məqsəd
    qoymuşdur.                   
                         
                   

    Təsadüfi deyildir ki, ölkə başçısı
    tez-tez ailə üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlara səfər edir,
    orada aparılan quruculuq işləri ilə yerindəcə tanış olur, müvafiq göstərişlər
    verir. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab
    İlham Əliyevin tapşırığı ilə Suqovuşan yolunun çəkilişi, Füzuli - Şuşa yolunun
    çəkilişi, Füzuli aeroportunun tikintisi sürətlə davam etdirilir. Təqdirəlayiq
    haldır ki, bütün bu infrastruktur layihələrinin həyata keçirilməsi ərazilərin
    minalardan təmizlənməsi ilə paralel şəkildə həyata keçirilir. İşlərin bu qədər
    sürətlə həyata keçirilməsi bir yandan da mənfur düşmənə xam xəyallara düşməmələri
    üçün ölkə rəhbərimiz tərəfindən verilən bir mesajdır.     
                         
                         
           14 fevral 2021-ci il tarixdə Azərbaycan
    Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, 1-ci
    vitse-prezident Mehriban xanım Əliyeva, Prezidentin qızı Leyla xanım Əliyeva
    növbəti dəfə işğaldan azad edilmiş torpaqlara səfər etmişlər. Səfər zamanı ölkə
    başçısı və ailə üzvləri aparılan quruculuq işləri ilə tanış olmuş, eyni zamanda
    işğaldan azad olunmuş Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird su
    elektrik stansiyasının açılışında iştirak etmişlər. Ölkə başçısı qeyd etmişdir
    ki, düşmən öz havadarlarına arxalanaraq 5 rayonun Azərbaycana qaytarılmasını,
    ardınca Qarabağ ermənilərinə statusun verilməsini, Laçın və Kəlbəcərin isə
    bufer zona kimi ermənilərin nəzarərində qalmasını təklif edirdi. Əlbəttə, mən
    bu təklifi hər zaman qətiyyətlə rədd edirdim. Bugünkü durum mənim nə qədər
    haqlı olduğumu bir daha sübut etdi. Ölkə başçısı bir daha Ermənistandakı bəzi
    revanşist qüvvələrə xəbərdarlıq etdi ki, xam xəyallara düşüb yanlış addım
    atsalar, bu onların sonunu gətirəcək və erməni xalqını olmazın fəlakətlərlə üzləşdirəcək.
    Biz atdığımız hər bir addımı dəfələrlə ölçüb-biçmişik.             Azərbaycan xalqı tam əmindir ki, məhz
    cənab İlham Əliyevin başçılığı ilə bərpa işləri başa çatdırılacaq və o
    torpaqların sahibləri əmin-amanlıq şəraitində öz dədə-baba yurdlarında
    yaşayacaqlar. Yaşasın Azərbaycan!
    Yaşasın xalq və hakimiyyət birliyi!                                                                                                                        Ələddin Əhmədov,                                                Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib42 dəfə
    İşğaldan azad edilmiş torpaqlarda artıq sürətlə quruculuq işlərinə başlanılmışdır

    Maraqlı gələ bilər
    406
    55